Şəkinin bəzi ərazilərində qazın təzyiqi niyə aşağıdır?

11 2019 16:29

Şəkinin bəzi ərazilərində mavi yanacağın verilişi ilə bağlı problemlər yaşanır. Əhali iddia edir ki, xüsusilə də şaxtalı havalarda qazın təzyiqi xeyli aşağı olur. Qaynar xəttimizə gələn müraciətlər əsasında məsələni Şəkinin Kiş kəndinin Maflar adlı məhəlləsində araşdırmışıq. Məhəllə sakinləri təbii qazın təzyiqinin çox zəif olduğunu və isinməyə belə yetmədiyini deyirlər. Əksər sakinlər çıxış yolunu odun sobasından istifadə etməkdə tapıb. Maraqlısı isə belə vəziyyətin ancaq kəndin bir məhəlləsində yaşanmasıdır. Kənd sakinləri digər ərazilərdə təbii qazın təzyiqinin normal olduğunu bildirirlər. Məsələ ilə bağlı dəfələrlə Şəki Qaz İstismar Sahəsinə müraciət edən sakinlər problemin tezliklə aradan qaldırılacağı cavabını alıblar. Ancaq dəyişən heç nə olmayıb. Azəriqaz İB-dən isə məsələyə belə münasibət bildirildi. Azəriqaz İB-nin qaynar xətt nömrələri isə 104 və 185-dir.