Avtomobil çaya düşdü...

11 2019 12:27

Balakəndə yol qəzası baş verib. Balakən royonu Katex kəndi ərazisində “Mersedes” markalı minik maşını Balakən rayonu istiqamətində hərəkətdə olarkən yoldakı körpüdən çayın yatağına düşüb. Xoşbəxtlikdən maşında olanların heç biri xəsarət almayıb. İlkin ehtimala görə sürücünün yola bələd olmaması qəzaya səbəb olub. Faktla bağlı araşdırma aparılır.