YPX-nin nümayəndələri sakinlərlə görüşdü...

09 2019 16:38

Şəkinin Böyük Dəhnə kəndində Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti alayının 5-ci tağımı sakinlərlə görüşüb. Görüşün keçirilməsində məqsəd kənd təsərrüfatı texnikalarının hərəkəti, səllim mal-qaranın yollara buraxılması, piyadaların yolu qarşıya keçərkən diqqətli olmaları və digər yol nəqliyyat hadisələrinə səbəbiyyət yaradan amillərlə bağlı sakinlərin maarifləndirilməsi olub. Kənd sakinlərinə magistral yollarda piyada və ya nəqliyyat vasitələri ilə hərəkət edərkən yol nişanlarının tələblərinə uyğun şəkildə davranmaları , at arabası ilə yola çıxarkən digər nəqliyyat iştirakçılarına mane olmamaları vurğulanıb. Səllim mal-qaranın yollarda səbəb ola biləcək qəzalara da toxunan polis əməkdaşı kənd sakinlərini diqqətli olmağa çağırıb. Sakinləri maraqlandıran suallar cavablandırılıb. Tədbir diskussiya şəklində davam edib. Bu cür görüşlərin davam etdirilməsi planlaşdırılır.