Şamaxıda zəlzələdə yararsız hala düşən evlərin sayı 41-ə çatdı...

09 2019 16:26

Şamaxıda zəlzələdən sonra fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb. İlkin mərhələdə 4 evin sökülməsinə qərar verilib. Şamaxıda zəlzələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb. Həmin evlərin sakinləri üçün 12 mənzil kirayələnib. Yararsız evlərin isə sökülməsinə başlanılıb. Fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon icra hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub. FHN-in əməkdaşları ilə birgə icra nümayəndələrindən ibarət komisiya müraciət edilən 1484 evdən hələlik 375-nə baxış keçirib. Hazırda şəhər də daxil olmaqla kəndlərdə fövqaladə komisiya araşdırmaları davam etdirir. Açıqlanan rəqəmlərin dəyişəcəyi ehtimal edilir.