İki qardaşı ölüm ayırdı...

09 2019 16:08

Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib. Hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib. Balakən rayonu Qazma kənd sakini 25 yaşlı Eltun Hacıyev “UAZ” markalı, dövlət qeydiyat nişanı olmayan avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı telefon dirəyinə dəyib və avtomobil yoldan çıxaraq aşıb. Qəzadan sonra Eltun Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomaşında sərnişin qismində olan Eltunun kiçik qardaşı, 22 yaşlı Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.