İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı...

09 2019 13:59

İsmayıllıda qanunsuz ov edənlər saxlanılıb. İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər - rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd "TOZ 63" markalı ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü - Ov qaydalarının kobud şəkildə pozulması maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.