Zaqatalada 2018-ci ilin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edilib...

08 2019 16:47

Prezident Administrasiyasının sektor müdiri, millət vəkilləri, rayon rəhbərliyi, idarə, müəssisə rəhbərləri və ziyalıların qatıldığı hesabat yığıncağında ilk öncə ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. İştirakçılar rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar. Yola saldığımız 2018-ci ilin bir çox sahələr üzrə Zaqatala rayonu üçün uğurlu il olduğu vurğulanıb. İl ərzində rayonda cəmi 333 milyon 91 min manat məhsul istehsal edilib, xidmətlər göstərilib. Aqrar sahədə həyata keçirilən davamlı tədbirlər sayəsində 2018-ci ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 4 faiz artaraq 127 milyon 752 min manat olub. Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq və fındıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Rayonda 1127-si daimi olmaqla 1207 yeni iş yeri açılıb.Tikinti-quraşdırma işlərinin həcmi 29 milyon 101 manat təşkil edib. 1264 yerlik tam orta məktəb, 250 yerlik 5 uşaq bağçası tikilib, 4 uşaq baxçasında bərpa işləri aparılıb, Uzun Qazmalar və Höytala kəndində iki modul tipli bina quraşdırılıb, iki tibb məntəqəsi tikilib, çoxlu sayda təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq müəssisələri əsaslı təmir edilib, sel sularından mühafizə tədbirləri həyata keçirilib. Hesabat məruzəsində həmçinin rayonda ölkə əhəmiyyətli yolların təmir edildiyi, su təminatının yaxşılaşdırılması məqsədi ilə 61 ədəd subartezyan quyusunun qazıldığı, Lahıc, Bəhmətli və Kürdəmir kəndləri təbii qazla təmin edildiyi vurğulanıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün rayonda 3 ədəd fərdi ev tikilib istifadəyə verilib. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.