Şəki DYP bölməsi növbəti maarifləndirici tədbirini keçirib...

08 2019 13:38

Şəki DYP bölməsi ümumtəhsil müəsissələrində növbəti maarifləndirici tədbirini keçirib. Tədbiri Şəki–Qax magistralnda yerləşən Qoxmuq kəndi tam orta məktəbində baş tutub. Görüşdə məktəbin müəllim və şagird heyəti vəvalideynlər iştirak edib. Bildirilib ki, Qoxmuq kənd tam orta məktəbi, hərəkətin intensivliyinin yüksək olduğu ərazidə yerləşir. Şagirdlər məktəbdən birbaşa magistral yola çıxır. Kənd ərazisinin yolun hər iki tərəfində yerləşdiyini nəzərə alsaq, şagirdlər gün ərzində bir neçə dəfə qarşıya keçməli olurlar. Ona görə də yol hərəkəti qaydalarına burada ciddi əməl olunmalıdır. Şagirdlərə əməl etməli olduqları zəruri yol hərəkəti qaydaları bir daha xatırlanıb. Piyada keçidlərinin vacibliyi qeyd olunub. Həmçinin valideynlərə də diqqətli olmaları tövsiyyə edilib.