Şəkidə 19 yaşlı gənc bıçaqlandı...

08 2019 10:22

Şəkidə 19 yaşlı gənc, həmkəndlisi tərəfindən bıçaqlanıb. Hadisə rayonun Çayqaraqoyunlu kəndi ərazisində baş verib.19 yaşlı Çayqaraqoyunlu kənd sakini Rəşid Ağamalıyev ilə həmkəndlisi İsmayıl Əhmədov arasında şəxsi münasibətlər zənmində mübahisə baş verib. Mübahisə zamanı İsmayıl Əhmədov üzrində olan bıçaqla Rəşid Ağamalıyevi bıçalayıb. Rəşid Ağamalıyev döş qəfəsinin sol hissəsinin deşilmiş yarası dioqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. İsmayıl Əhmədov Şəki ŞRPŞ əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.