Şəkidə mikroavtobus qadını sürüdü...

08 2019 10:11

Şəki rayonunda mikroavtobus, paltarı qapı arasında qalan qadın sərnişini sürüyüb. Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Zinyət Həsənova Hünbət qızı şəhər ərazisində marşut xətti ilə hərəkət edən Mahir Əsgərovun idarə etdiyi mikroavtobusdan düşən zaman paltarı qapının arasında qalıb. Bundan xəbərsiz olan sürücü mikroavtobusu hərəkət etdirib və qadını xeyli məsafədə sürüyüb. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona müştərək travma, qarın və çanağın travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.