Müğənni yol qəzasında dünyasını dəyişdi...

07 2019 14:49

Qaxda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində meydana gəlib. 40 yaşlı Şəki sakini Polad Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 38 yaşlı Mehriban Mustafayeva ölüb. Sürücü, Polad Məmmədov və avtomobilə olan digər iki sərnişin isə yüngül xəsarə alıblar. Qeyd edək ki, mərhum Mehriban Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.