Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb...

06 2019 13:58

Şamaxı Mərkəzi Rayon Xəstəxanası zəlzələ ilə bağlı gücləndirilmiş rejimdə çalışıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar 6 təcili tibbi yardım briqadası işləyib. Təcili yardıma 30 müraciət edilib. 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Zəlzələdən həyəcanlanan 1 nəfərin dili tutulub, 1 nəfərin isə beyninə qan sızıb. Yeraltı təkanların hiss olunduğu digər rayonlarda isə müraciət qeydə alınmayıb.