Ötüşən mikroavtobuslar qəzaya səbəb oldu...

06 2019 13:26

Şəkidə səhər saatlarında ağır yol qəzası olub. Ağır xəsarət alanlar var. Hadisə Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb. 55-BT-621 və 55-BM-024 dövlət nömrə nişanlı iki Ford Tranzit markalı mikroavtobusun iştirakı ilə yaşanan qəzada miktoavtobuslardan biri yoldan çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən mikroavtobusun mühərriki və digər hissələri ətrafa səpələnib. Nəticədə sürücü İbrahimkənd sakini 25 yaşlı Simral Mirzəməmmədov ağır xəsarət alıb. O, ağır kəllə beyin tavması xəsarəti, sərnişini Şəki şəhər sakini 20 yaşlı Yasin Sadıqov sağ budun sınığı xəsarəti, digər mikroavtobusdakı 27 yaşlı İbrahimkənd sakini Rəvan Əhmədli isə üzündən xəsarət alaraq Şəki RMX-yə çatdırılıb. Xəstəxanada hər üç şəxsə tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Digər mikroavtobusun sürücüsü isə qəzadan xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.