Kəmaləddin Heydərov: "Zəlzələ nəticəsində dəymiş zərər müəyyən edilir"

06 2019 12:29

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıda zəlzələnin baş verdiyi əraziyə baxış keçirib. Nazir prezident İlham Əliyevin tapşırığı ilə səhər tezdən Şamaxıya gəldiyini bildirib. Zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” Çağrı Mərkəzinə 4 rayon üzrə 73 müraciət daxil olub. Rayon İcra Hakimiyyətində yaradılan komissiya isə dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb.