Bu ilin "Gənclər paytaxtı" Şamaxıdır...

04 2019 15:18

Şamaxı şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib. "Gənclər paytaxtı"nın simvolik açarı Şamaxı şəhər İcra Hakimiyyətinin nümayəndəsinə təqdim olunub. Qeyd edək ki, “Gənclər Paytaxtı” bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir. Onu da xatırladaq ki, 2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri idi.