Oğuz polisi sakinləri maarifləndirdi...

04 2019 14:36

Oğuzun rayonunun Kərimli kəndində Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının 5-ci tağımının əməkdaşları ilə Oğuz RPŞ Dövlət yol polisi bölməsinin birgə tədbiri baş tutub. Polis əməkdaşları, kənd sakinləri, eləcədə məktəblilərlə görüşüb. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının hərəkətinin intensiv olmasını qeyd ediblər. Bildirilib ki, kənd sakinləri bu texnikaların işıqlandırma sisteminin sazlığına xüsusi diqqət etməlidir. Axşam saatlarında bu cür texnikaların nasaz vəziyyətdə magistral yola çıxması qəza şəraiti yaradır. Bundan əlavə, kənd məktəbinin də yol kənarında yerləşməsi piyadaların birbaşa məktəbdən yola çıxması ilə nəticələnir. Həm şagirdlər, həm də valideynlər bu mövzuda diqqətli olmalı, zəruri olan yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Həmçinin kənd sakinlərinin mal-qaranı səllim şəkildə buraxması da müzakirə olunan mövzulardan olub.