Baytar inəyi ölümdən qaytardı...

04 2019 13:32

Qaxda inək üzərində ilk dəfə cərrahi əməliyyat aparılıb. Yad cismləri yeyərək qarın boşluğunda şişkinlik əmələ gələn və vəziyyəti ağırlaşan iribuynuzlu əməliyyatla xilas edilib. Hamlet Abbasov uzun illərdir ki, baytar həkim kimi fəaliyyət göstərir. O, son vaxtlar iribuynuzlu heyvanlar üzərində bir-neçə dəfə cərrahi əməliyyat aparıb. Onun sözlərinə görə, bu dəfə aparılan əməliyyat ilk dəfədir ki, uğurlu alınır. İnəyin yediyi yad cismlər səbəbindən qarın boşluğunda şişkinlik yaranıb və ölümün baş verməməsi üçün dərhal əməliyyat qərarı alınıb. Uğurla başa çatdırılan əməliyyat nəticəsində inək sağ qalıb. Təsərrüfat sahibi deyir ki, əgər cərrahi əməliyyat aparılmasaydı iribuynuzlu malı tələf olacaqdı. Ev şəraitində əməliyyat olunan inəyin yaxın günlərdə tam sağalaraq normal şəkildə qidalanacağı bildirilir. Qeyd edək ki, baytar həkim Hamlet Abbasov daha əvvəl də Qaxda ilkə imza ataraq doğum zamanı ölüm ayağında olan inək üzərində qeysəriyyə əməliyyatı aparmışdı.