Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib...

02 2019 15:10

Hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu Danaçı kənd sakini, 42 yaşlı İsa Qurban oğlu Nuhiyev idarəetdiyi “Hyundai Accent” markalı, 10 DK 494 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil aşıb. Qəzadan sonra avtomobildə sərnişin qismində olan sürücünün yaxın qohumu, Balakən rayonu Katex kənd sakini 24 yaşlı Abdulla Kahol oğlu Maamiyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.