Zaqatalada gənclər, "Gənclər günü"nü qeyd edir...

02 2019 14:48

2 Fevral "Gənclər Günü" münasibəti ilə Zaqatalada təşkil edilən konfransa toplaşanlar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edib. Azərbaycan Dövlət himninin ifası ilə start verilən konfransda isə gənclərə həsr olunmuş film nümayiş edilib. Çıxış edənlər gəncləri təbrik edərək ölkəmizdə və rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin qayğısı ilə uğurla həyata keçirildiyi, bu qayğı sayəsində ictimai-siyasi həyatın bütün sahələrində gənclərin rolunun artdığı diqqətə çatdırılıb. Tədbir çərçivəsində rayonun ictimai siyasi həyatında mühüm rol oynayan bir qrup gənc mükafatlandırılıb. 2 fevral Gənclər gününə həsr olunmuş tədbir konsert proqramı ilə davam edib.