"Gənclər günü” Balakəndə də geniş qeyd edilib...

02 2019 14:15

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərlə görüşdə bildirilib ki, yola saldığımız 2018-ci il Balakən gəncliyi üçün uğurlu olub. Rayonda gənclərin intellektual inkişafına, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, balakənli gənclər ölkə və beynəlxalq miqyaslı bilik yarışlarında eləcə də idman sahəsində bir çox uğurlara imza atıb. Bu uğurların davamlı olması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Daha sonra rayonun ictimai-siyası həyatında yaxından iştirak edən fəal gənclər çıxış edib. Onlar ölkəmizin gənclər siyasətini dəstəklədiklərini və onlara yaradılmış bu imkanlardan düzgün səmərəli şəkildə istifadə edəcəklərini bildiriblər. Tədbirin sonunda il ərzində fərqlənən bir qrup gəncə, eləcədə gənclərə öz fəaliyyəti ilə dəstək olan idarə və qurum əməkdaşına diplomlar təqdib edilib. 2018-ci ildə Balakən Rayon Gənclər və İdman İdarəsi ilə ən yaxın əməkdaşlıq edən media şirkəti olaraq ”ARB Şəki Media Şirkəti də mükafata layiq görülüb.