Şamaxıda evlərdən oğurluq edən şəxs saxlanılıb...

01 2019 16:10

55 yaşlı Ucar rayon sakini Səlimov İlyas Mövsüm oğlu Şamaxıda kirayə qaldığı evdən, ev sahibi , Firuzə Hüseynova Adil qızına məxsus 1000 manat məbləğində pul, 200 manat dəyərində mobil telefon və otaqda olan digər əşyaları götürərək qaçıb. Bir müddət Bakı şəhərində qalan, əvvəllər məhkum olmuş Səlimov İlyas burada şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Hazırda İlyas Səlimovun başqa oğurluq əməllərində də əli olub-olmadığı araşdırılır.