Şəki sakinlərində qanunsuz silah aşkarlandı...

01 2019 15:59

Şəkidə 3 nəfərdən qanunsuz silah aşkarlanıb. DİN-in mətbuat xidmətinin məlumatına görə, daxil olmuş məlumat əsasında Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ələsgər Kərimov, Hümmət Ağaşirinov, Araz Musayev və Məhərrəm Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.