Qaxda "Gənclər günü" qeyd olundu...

01 2019 14:59

Qaxda 2 fevral Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə çıxış edənlər gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, respublikamızda bütün sahələr kimi, gənclərlə iş sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğının göstərildiyini vurğulayıb. Qax gəncləri də 2018-ci ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanıb, milli mənəvi dəyərlərimizin qorunmasına öz layiqli töhfələrini veriblər.Tədbirinin sonunda ötən il rayonun ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərə fəxri fərmanlar, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.