Şamaxıda şəhid ailəsinə birdəfəlik yardım verildi...

01 2019 14:09

3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq. Ancaq həmin vərəsələrin sırasında yaşı 80-dən yuxarı, sağlamlıq problemi yaşayan, ödəməni almaq imkanı məhdud insanlar da var. Bu amili nəzərə alınaraq şəhid ailələrinə yardımın ödənildiyi plastik kartlar elə evlərindəcə təhvil verilib. Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayrılan 11 min manat birdəfəlik yardım Şamaxı rayon sakini, şəhid atası 83 yaşlı Cüməli Nuhova da verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib. Dövlət başçısının imzaladığı fərmana görə, şəhid ailələrinin prezident təqaüdünün məbləği də 58 manat artırılaraq 300 manata çatdırılıb. Təqaüdün artırılmasını da şəhid ailələri yüksək qiymətləndirir. İndiyə qədər minlərlə şəhid ailəsi mənzil və avtomobillərlə təmin edilib. Yeri gəlmişkən, prezidentin imzlaladığı yeni sərəncamla mənzilə ehtiyacı olan şəhid ailələri paralel olaraq yerli icra hakimiyyətlərinə müaricət edib ev növbəsinə yazıla bilərlər.