İsmayıllı gəncləri nəaliyyətləri ilə fərqlənir...

31 2019 16:08

İsmayıllıda Gənclər Günü münasibətilə tədbir keçirilib. İsmayıllı rayon administrasiyası və fəal gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra çıxış edənlər dövlətimizin gənclərə göstərdiyi qayğıdan danışıblar. Hazırda İsmayıllıda 26 mindən artıq gəncin olduğu və onların məşğulluqlarının təmin olunmasında, eləcə də digər problemlərinin həllində dövlətin daim diqqət və qayğı göstərdiyi bildirilib. Tədbirdə gənclərin son illər qazandıqları uğurlar, rayon idmançılarının respublikamızda və bir çox beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etdikləri vurğulanıb. Digər çıxış edənlər bu gün cəmiyyətimizin kreativ və intellektual təbəqəsini təşkil edən gənclərimizin ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunduğunu diqqətə çatdırıblar. Sonda fəallıq göstərən bir qrup gəncə rayon gənclər və idman idarəsinin fəxri fərmanları və hədiyyələri təqdim olunub. Bayram tədbiri konsert proqramı ilə davam edib.