Yol terroru Qəbələdə can aldı...

31 2019 14:51

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb. “Vaz 21 012 “ markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində sürücü Əzəmməd Hidayətov ölüb. Faktla bağlı araşdırma aparılır.