İsmayıllıda bıçaqlanma olub...

31 2019 14:49

Hadisə rayonun eyniadlı kəndində baş verib. Münaqişə zəminində kənd sakini Məzahir İsmayılov bıçaqlanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən kənd sakini, əvvəllər də məhkum olunmuş Elton Ələsgərov saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirilmə zamanı o törətdiyi əməli etiraf edib və mübahisə zəmİnində həmkəndlisinə bıçaqla xəsarət yetirdiyini deyib. Yaralı Məzahir İsmayılov isə İsmayıllı RMX-yə çatdırılıb.