“Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi”

30 2019 14:35

Şamaxı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı Yunus Əmrə İnstitutunun rəsmiləri ilə yanaşı, Şamaxı ictimaiyyətinin nümayəndələri, alimlər, ziyalılar iştirak ediblər. Çıxış edənlər panelin işinə uğurlar arzulayıb, Seyid Yəhya Şirvani Bakuvi ilə bağlı təşkil edilmiş tədbirin mənəvi-irfani dəyərlərin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Paneldə “Əbədi silsilə və Yəhya Şirvani”, “İslam,Təsəvvüf və Xəlvətilik”, “Azərbaycanda birgə yaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu” və “Azərbaycan təsəvvüf ənənəsində xəlvətiliyin yeri” mövzusunda məruzələr dinlənilib. Panel çərçivəsində Şamaxı Təhsil İncəsənət Mərkəzində Türk Təsəvvüf Musiqisi Konserti keçirilib.