"Ding"dən hələ də istifadə edənlər...

29 2019 17:00
Hər nə qədər əl əməyini maşınlar əvəz etsə də bəzi qədim üsullar hələ də bölgələrimizdə qorunub saxlanmaqdadır. Məsələn, vaxtilə çəltiyi təmizləmək üçün əl əməyindən, daha dəqiq qədim alətdən istifadə olunurdu. İndi zaman dəyişsə də həmin alətdən istifadə edənlər yenə var...
Palıddan düzəldilərək dənli bitkiləri döymə üsulu ilə un halına salan alətlər Zaqatalada bu günümüzə qədər qorunub saxlanılıb. "Ding" adlandırılan bu alətin tarixi, deyilənlərə görə, qədim Albaniya dövrünə qədər gedib çıxır. Zaqatalada bugün də dingdən un və düyü üyütmək üçün istifadə olunur. "Ding" kənd ustaları tərəfindən palıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanır. Alətin uc hissəsinə xüsusi daş yerləşdirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır. Üyütmə prosesi un ələkdən keçirilməklə iki-üç dəfə təkrar olunur. Hələ dəyirmanların az olduğu qədim zamanlarda bu alətdən daha çox qadınlar istifadə edib. Babalarından yadigar qalmış bu aləti gələcək nəsillərə ötürmək üçün kənd sakinləri onu vaxtaşırı təmir edərək qoyurlar.