Şəkidə avtomobil piyadanı vurub qaçdı...

29 2019 12:48

Şəkidə piyadanı maşın vurub. Hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Baş Göynük kənd sakini, 58 yaşlı Balabəy Allahverdiyev yolu keçərkən qarşıdan gələn avtomobil onu vurub və qaçıb. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-a çatdırılıb. Ona sağ aşağı ətraflarının sınığı dioqnozu qoyulub və müalicəsi davam etdirilir. Hadisə yerindən qaçan VAZ 2106 markalı avtomobilin sürücüsü Ruslan Zeynalov isə artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.