İsmayıllıda bir gündə 3 nəfər dəm qazından boğulub...

28 2019 15:29

İsmayıllı rayon sakini 36 yaşlı Tahirova Təranə Qurban qızı , 27 yaşlı Hüseynov Eldar Eldəniz oğlu Təcili Tibbi yardım avtomobili ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına gətirilib. Daha bir nəfər, 16 yaşlı Əhmədli Aysu Bəhmən qızı isə valdeyinləri tərəfindən xəstəxanaya çatdırılıb. Onların hər üçünün hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. İsmayıllı rayon mərkəzi xəstəxanasının reanimasıya şöbəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.