Balakəndə 2 yaşlı körpə su kanalında boğuldu...

28 2019 15:17

Balakən rayonunda iki yaşlı körpə boğulub. Hadisə Yeni Şərif kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Abdullayeva Sevinc Xəqani qızı yaşadığı evin həyətyanı sahəsindən keçən su kanalına düşüb. Həkimlərin səyinə baxmayaraq Sevinc Abdullayeva həyata qaytarmaq mümkün olmayıb. Meyit müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.