İsmayıllıda şagirdlər maarifləndirildi...

26 2019 16:17

İsmayıllı rayonunda BDYP-İdarəsinin YPXA-nın 4-cü tağımı yollarda piyadaların təhlükəsizliyinin təmini mövzusunda marifləndirici tədbir keçirib. Tədbirdə magistral yola yaxın olan məktəblərdə şagirdlərin piyada keçidlərindən düzgün istifadə qaydaları, əhəmiyyətli yollarda piyadaların təhlükəsizliyinin təmin olunması müzakirə olunub. Polis əməkdaşları, müəllimlər, şagirdlər və valideynlərin iştirak etdiyi görüş diskussiya şəraitində davam edib. Çıxış edənlər tədbirin əhəmiyyətindən danışıb, piyadaların, xüsusilə məktəblilərin magistral yolları keçərkən təhlükəsizlik qaydalarına əməl etməli olduqlarına diqqət çəkiblər. Bundan əlavə tağımın xidməti ərazisində baş vermiş yol nəqliyyat hadisələrinin səbəbləri və şəraiti, yaşayış məntəqələrində piyadaların hərəkəti, azyaşlıların yola tək, nəzarətsiz buraxılması, valideyn məsuliyyətsizliyi və s. kimi məsələlər də müzakirə edilən mövzulardan olub. İştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.