İcra başçısı Dağlı sakinlərilə görüşdü...

26 2019 14:32

Zaqatala Rayon İcra hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə bu dəfə Dağlı kənd sakinlərinin müraciətlərini dinləyib. Əvvəlcə sakinlər ölkəmizdə, eləcə də rayonda görülən işlər barədə məlumatlandırılıb. Dağlı inzibati Ərazi nümayəndəliyində sakinlərin əsas məşğulluğu əkinçilik, maldarlıq və fındıqçılıqdır. Nümayəndəlik ərazisində son illər yol infrastrukturu yaxşılaşdırılıb, kəndə yeni yol salınıb, uşaq bağçası, klub və mədəniyyət evi təmir edilib. Amma kənddə içməli su təminatı, elektrik dirəklərinin yenilənməsi, qaz çəkilişi və digər problemlər qalmaqdadır. Çıxış edən sakinlər bir sıra təklif və müraciətlərini səsləndirib. Çıxışları diqqətlə dinləyən rayon rəhbərliyi problemlərin həlli istiqamətində addımlar atılacağını bildirib.