İsmayıllı sakinində qanunsuz saxlanılan tüfəng aşkarlandı...

26 2019 14:20

İsmayıllıda qanunsuz saxlanılan silah götürülüb. DİN-in Mətbuat xidmətinin məlumatına görə, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Ərəkit kənd sakini Fazil Allahyarovdan müvafiq sənədləri olmayan “TOZ 63” markalı qoşalüləli ov tüfəngi götürülüb. Fazil Allahyarovun barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq İsmayıllı Rayon Məhkəməsinə göndərilib.