Arvadını əvvəlcə balta ilə başından vurub, iplə boğdu sonra da...

25 2019 17:21

İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb. Təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan Əzizə Axundovaının meyiti evindən tapılmışdı. İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 75 yaşlı Hacıalı Axundov öldürüb. O qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada cinayəti etiraf edib. Hadisədən sonra evdən gedən Hacıalı Axundov istintaqdan yayınmışdı. Kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündə tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədi ilə özünü gölə ataraq öldürüb. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdıma aparılır.