Kərəm Həsənov Qobustanda vətəndaşları qəbul etdi...

25 2019 16:53

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustanda vətəndaş qəbulu keçirib... Qəbulda Qobustan rayonu ilə yanaşı Şamaxı, Ağsu, Hacıqabul rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılıb. Komitənin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaş müraciətləri əsasən, daşınmaz əmlakların qeydiyyata alınması, torpaqların təyinatına və faktiki vəziyyətinə uyğun istifadəsi, dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı olub. O cümlədən, hərraclarda iştirak, torpaqların elektron kadastr uçotu, dövlət əmlakının icarəyə götürülməsi ilə bağlı müraciətlər də səsləndirilib. Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb. Torpaqların dəqiq sərhədlərinin müəyyən edilməsi ilə bağlı vətəndaş müraciətlərini cavablandıran sədr bildirib ki, torpaqların elektron kadastr işlərinin nəticələrindən artıq vətəndaşlar da yararlanır. Pilot layihə ilk olaraq Salyan rayonunun Parça Xələc kəndində baş tutub. layihə digər rayonlarda da keçiriləcək. Qeyd edilib ki, mütərəqqi texnologiyaların tətbiqi ilə torpaq istifadəsinə nəzarət peyk vasitəsilə aparılacaq.