Şəkinin İcra nümayəndəsi hesabat verdi...

25 2019 16:26

Şəkidə şəhər icra hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabat yığıncağı keçirilib. Yığıncaqda şəhər rəhbərliyi, idarə və qurum nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib. Hesabatla çıxış edən dairə üzrə nümayəndə Rasim Həsənov geridə qoyduğumuz ildə şəhərdə görülmüş işlərdən bəhs edib. Rayon üzrə aparılan abadlıq-quruculuq, təmir-bərpa və yeni istifadəyə verilmiş obyektlər barədə ətraflı məlumat verib. Şəkinin inkişafı üçün görülən və görüləcək işlərdən danışılıb. Həmçinin prezident İlham Əliyevin Şəkiyə səfəri və verdiyi tapşırıqlar da hesabatda öz əksini tapıb. Tədbirdə çıxış edən Şəki şəhər icra hakimiyyəti başçısı dairə üzrə nümayəndənin məruzəsinə müsbət rəy bildirib. Bununla belə Şəkidə turizmin inkişafı üçün görüləcək işlərin olduğunu qeyd edib. Bu istiqamətdə addımların atılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.