Mübariz Əhmədzadə Faldarlı kənd sakinlərinin müraciətlərini dinləyib...

24 2019 16:42

Zaqatala Rayonunun İcra hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə növbəti səyyar qəbul çərçivəsində Faldarlı kənd sakinlərinin müraciətlərini dinləyib. Əvvəlcə sakinlərə rayonda görülən və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, rayonda tütünçülük yenidən inkişaf etdirilib. Təkcə ötən il bu sahədən 20 milyon manat gəlir əldə edilib. Baramaçılıqdada son illər inkişaf nəzərə çarpacaq dərəcədədir. Belə ki, son 3 ildə rayonda istehsal edilən baramanın həcmi 8 dəfəyədək artaraq, bu il 48,2 tona çatdırılıb. Baramaçılıqda yem bazasının təmin edilməsi məqsədi ilə bu ildə 70 min ədəd xarici, 124 min ədəd yerli tut tingi əkin üçün kümçülərə pulsuz paylanılması nəzərdə tutulub. Rayonun gəlirli sahələrindən biridə gülçülükdür. 200 hektarda salınan yeni gül plantasiyasından bu il 600-700 min manata yaxın gəlir əldə edilib. Əsas məşğulluğu əkinçilik, maldarlıq və fındıqçılıq olan Faldarlı kəndindədə son illər əhalinin rifah halının yüksəldilməsi və infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Bununla belə, kənddə içməli su təminatı, elektrik dirəklərinin yenilənməsinə ehtiyac var. Kənd sakinlərini narahat edən məsələlərdən biri də yaşayış ərazisindən xeyli uzaqda yerləşən pay torpaqlarına gedən yolun keçilməz olmasıdır. Sakinlərin təkliflərini diqqətlə dinləyən rayon rəhbərliyi, həlli üçün aidiyyati idarələrə tapşırıqlar verib.