25 yaşlı gənc şəhər mərkəzində bıçaqlandı...

24 2019 12:09

Şamaxıda 25 yaşlı gənc bıçaqlanıb. Hadisə axşam saatlarında şəhər mərkəzində qeydə alınıb. Şamaxının Xınıslı kənd sakini 25 yaşlı Həsənli Hasil Faiq oğlu bıçaqlanma diaqnozu ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən İlkin adlı şəxs saxlanılıb. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi araşdırma aparır.