Şəki polisi magistral yol üzərində yerləşən məktəbin şagirdlərini maarifləndirdi...

23 2019 16:38
Şəki DYP bölməsi 2019-cu ildə də ümumtəhsil müəssisələrində maarifləndirici tədbirləri davam etdirir. Növbəti belə tədbir Şəki–Qax magistralında yerləşən Aşağı Laysqı kənd tam orta məktəbində baş tutub. Görüşdə məktəbin müəllim və şagird heyəti ilə yanaşı, valideynlər də iştirak edib. Bildirilib ki, Aşağı Layısqı kənd tam orta məktəbi, hərəkətin intensivliyinin yüksək olduğu ərazidə yerləşir. Şagirdlər məktəbdən birbaşa magistral yola çıxır. Həmçinin kəndin yolun qarşısında yerləşdiyini nəzərə alsaq şagirdlər mütəmadi olaraq yoldan keçməli olurlar. Ona görə də yol hərəkəti qaydalarına burada daha ciddi əməl olunmalıdır. Görüş diskussiya şəraitində davam edib. Tədbirin sonunda məktəbə yol hərəkəti qaydalarının yazıldığı kitab hədiyyə edilib.