Şəkidə ağır qəza : 3 yaralı...

22 2019 18:39

Şəkidə ağır yol qəzası baş verib. Hadisə Məmməd Əmin Rəsulzadə prospektində meydana gəlib. Şəki şəhər Kiçik dəhnə kənd sakini 1997-ci il təvəllüdlü Naib Tahirova məxsus 45-BD-428 dövlət nömrə nişanlı Vaz 2106 markalı avtomobil, 55-BZ-594 dövlət nömrə nişanlı Qaz 24 markalı konstruksiyası dəyişilmiş avtomobillə toqquşub. Nəticədə VAZ 2106 markalı avtomobildə olan Naib Tahirov, Kiçik dəhnə kənd sakinləri 1994-cü il təvəllüd Nicat Rəşidov və 1996-cı il təvəllüdlü Novruz Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara dərhal hadisə yerində ilkin tibbi yardım göstərilib və Şəki RMX-ya çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə Naib Tahirov qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib, Nicat Rəşidovun sağ bud sümüyünün sınığı diaqnozu ilə müalicəsi davam etdirilir. Novruz Yunusov isə al dodağın cırılmış yarası diaqnozu ilə müalicə edilib. Faktla bağlı araşdırma aparılır.