19 yaşlı tələbə hamamda dəm qazından zəhərləndi...

22 2019 16:05
Şamaxıda tələbə hamamda dəm qazından boğulub. Hadisə səhər saatlarında Şamaxının Şəhriyar qəsəbəsində, tələbənin kirayə yaşadığı həyət evində qeydə alınıb. 19 yaşlı Güldəstə Nəsibli dəm qazından boğulma ehtimalı ilə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Riyaziyyat və informatika ixtisasi üzrə ikinci kurs tələbəsi Güldəstə Nəsibli Bərdə rayon sakinidir.Faktla bağlı araşdırma aparılır.