Ay tutulması Şimal-Qərb bölgəsində də müşahidə olunub...

21 2019 18:10

Bu ilin ilk Ay tutulmasını Azərbaycanın Şimal-Qərb bölgəsində izləmək mümkün olub. Səhər saat 07:40 radələrindən başlayaraq, ilin ilk Ay tutulması Zaqatalada müşahidə olunub. Proses saat 08:10 radələrinə qədər davam edib. Təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində tam olaraq izləmək mümkün olub. Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq.