Vəkillər Kollegiyası Şamaxı vətəndaşlarına pulsuz hüquqi xidmət göstərib...

21 2019 17:52

Vəkillər Kollegiyası Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası məqsədilə rayonlarda vətəndaşlara pulsuz hüquqi xidmət göstərir. Növbəti dəfə Şamaxıda yerləşən Heydər Əliyev Mərkəzində Vəkillər Kollegiyasının Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının vəkilləri rayonun 30-dan çox sakininə pulsuz hüquqi yardım göstərib. Vəkillər Kollegiyası ilə Şamaxı Rayon İcra Hakmiyyətinin birgə təşkil etdiyi tədbirdə hüquqi maarifləndirmə ilə yanaşı, vətəndaşların müraciətlərinə uyğun olaraq iddia ərizələri, aidiyyatı orqanlara müraciətlər və digər sənədlərin hazırlanması da vəkillər tərəfindən tərtib edilib.