Dumanlı hava Oğuzda da qəzaya səbəb olub...

21 2019 14:17

Oğuzda baş verən qəzada ərlə-arvad xəsarət alıb. Hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Toqquşmadan sonra "VAZ"markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir. Xəsarət alanlar "VAZ-2107" markalı avtomobilin sürücüsü, Kərimli kənd sakini 63 yaşlı Alxas Mahmudov və onun həyat yoldaşı 63 yaşlı Malikə Mahmudova vəziyyətləri ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. "OPEL" markalı avtomobilin sürücüsü, rayonun Yemişənli kənd sakini Pərviz Məmmədxanov və onun sərnişinləri isə qəzadan xəsarətsiz ötüşüblər. Faktla bağlı araşdırma aparılır.