Zaqatalada oğru dəstə tutuldu...

21 2019 12:58

Zaqatalada oğurluqla məşğul olan dəstə üzvləri tutulub. Zaqatala rayonu Çökək kəndində mağazadan oğurluq olub. Kənd sakini Cavadov Ramin Nüsrəddin oğlu evinin qarşısındakı mağazasından oğurluq olunması ilə bağlı polisə müraciət edib. İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq kənd sakininə məxsus mağazadan ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib, hazırda istintaqları davam etdirilir.