Şəkidə avtomobillər toqquşdu, xəsarət alanlar var...

21 2019 12:23

Şəkidəki digər bir qəza isə İnçə kəndi ərazisində qeydə alınıb. Yol nəqliyyat hadisəsində 2 avtomobil toqquşub , 3 nəfər xəsarət alıb. Səmədov Tural Əhməd oğlunun idarə etdiyi 55-BA-050 dövlət nömrə nişanlı Mersedes markalı avtomobil yolun sürüşkən olması nəticəsində qarşıdan gələn 55-BO-086 dövlət nömrə nişanlı VAZ 21 099 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki RMX-yə çatdırılıb. Vəziyyətləri kafi olaraq qiymətləndirilir. Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyini ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.