Avtomobil qapıdan keçə bilmədi...

21 2019 12:10

Şəkidə səhər saatlarında qəza hadisəsi baş verib. 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hadisə Şəkinin girişində qeydə alınıb. Şəki sakini 25 yaşlı İsgəndərov Tərlan Fərhad oğlu 55 - BT - 367 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü yerindəcə həyatını itirib. Avtomobildə olan sərnişin İsgəndərov Namiq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-na çatdırılıb. Müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.