20 Yanvar faciəsinin 29-cu ildönümü...

19 2019 16:47

İsmayıllı rayonunda Heydər Əliyev adına İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib. Məşğələ Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinə həsr olunub. Bu münasibətlə təşkil olunan sərgidə məktəblilər 20 Yanvar faciəsinin dəhşətlərini rəsm və rənglərin dili ilə, həmçinin bədii obrazlar vasitəsilə əks etdiriblər.Tədbirdən öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqiəlik sükutla yad edilib və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilib. Çıxış edənlər bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilib. Bu hadisənin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğu vurğulanıb. Ölkənin hər yerində olduğu kimi Zaqatala rayonununda da Qanlı Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib. Rayon rəhbərliyi,idarə, müəssisə, təhsil, səhiyyə işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Bildirilib ki, imperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdikləri qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı.Lakin onların məkrli niyyətləri baş tutmadı. Daha sonra Muxax və Qımır kəndlərində yerləşən şəhidlərin xatirə kompleksləri də yad edilib.